AZ

"Mançester Siti" vingerini bu kluba satır - Razılıq əldə edildi

"Mançester Siti"nin vingeri Oskar Bobb iş yerini dəyişməyə çox yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb. 

Məlumata görə, Bobbun xidmətində maraqlı olan "Fulhem"in "şəhərlilər"lə apardığı danışıqlar müsbət sonluqla yekunlaşmaq üzrədir. Mənbə "bağbanlar"ın artıq 22 yaşlı norveçli ilə şəxsi müqavilənin detallarını razılaşdırdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Bobb cari mövsüm bütün turnirlərdə 9 oyuna çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
30
1
fanat.az

2Mənbələr