AZ

Qəzzada ölənlərin sayı 71 min 660-a çatdı

İsrailin Qəzza zolağına davam edən hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 71 min 660-a yüksəlib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, son 24 saat ərzində dağıntılar altından biri olmaqla 3 nəfərin cəsədi tapılaraq xəstəxanalara çatdırılıb, 20 yaralı isə tibbi yardım alıb.

Nazirliyin məlumatına görə, atəşkəsin qüvvəyə minməsindən sonra İsrail hücumları nəticəsində 486 nəfər həyatını itirib, 1341 nəfər isə yaralanıb.

Qeyd olunub ki, İsrailin 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağına başladığı hücumlar nəticəsində ölənlərin ümumi sayı 71 min 660-a, yaralıların sayı isə 171 min 419-a çatıb.
Seçilən
45
3
7news.az

4Mənbələr