AZ

İndoneziya bu ölkədən ilk "Rafale" qırıcılarını təhvil aldı

Bakı. Trend:

İndoneziya Fransa ilə imzalanmış milyardlarla dollarlıq müdafiəsazişi çərçivəsində ilk Rafale döyüş təyyarələrini təhvil alıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın MüdafiəNazirliyi məlumat yayıb.

Məlumata görə, Fransa istehsalı olan üç Rafale qırıcısı artıqölkəyə çatdırılıb və istifadəyə hazırdır.

Nazirliyin sözçüsü Riko Rikardo Sirait bildirib ki, təyyarələrcümə günü İndoneziyaya gətirilib və Sumatra adasının qərbindəyerləşən Pekanbaru şəhərindəki Roesmin Nurjadin aviabazasındayerləşdirilib. Onun sözlərinə görə, ilin sonunadək daha üç Rafaletəyyarəsinin də ölkəyə gətirilməsi gözlənilir.

İndoneziya 2022-ci ildə Fransa ilə təxminən 8 milyard dollardəyərində müqavilə imzalayaraq ümumilikdə 42 Rafale döyüş təyyarəsisifariş edib. Müqavilə ötən il genişləndirilib və Fransadan hərbigəmilər və sualtı qayıqların alınmasını da əhatə edir.

Qeyd edək ki, prezident Prabovo Subiantonun rəhbərliyi altındaölkə müdafiə xərclərini artıraraq köhnəlmiş hərbi texnikanıyeniləməyə çalışır. İndoneziya Rafale ilə yanaşı Çin istehsalıJ-10, ABŞ-ın F-15EX qırıcıları, eləcə də Türkiyənin beşinci nəsilKAAN döyüş təyyarələrinin alınmasını da nəzərdən keçirir. Bundanəlavə, ölkə Pakistanla döyüş təyyarələri və hücum dronlarınınalınması üzrə mümkün əməkdaşlığı müzakirə edib.

Seçilən
93
az.trend.az

1Mənbələr