Bakı. Trend:
Avstraliyanın şərq sahilində, Qold-Kost şəhəri yaxınlığındayüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə "9News" televiziya kanalıxəbər verib.
Məlumata əsasən, təyyarədə olan iki nəfər ağır yaralanıb.
Qəza yerli vaxtla səhər saat 6:00 radələrində (Qızıl Sahildən 30km cənubda yerləşən) Hek Fild Hava Limanı yaxınlığında baş verib.Təyyarə yerə çırpıldıqdan sonra alovlanıb.