AZ

Mil-Muğan bölgəsinin icra başçılarının təhsil aldığı İXTİSASLAR

İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.

Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.

AzEdu.az Mil-Muğan iqtisadi rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.

Qeyd edək ki, Mil-Muğan iqtisadi rayonuna Beyləqan, İmişli, Saatlı və Sabirabad inzibati rayonları daxildir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu bitirmişdir.

176608İmişli Rayon İcra Hakimiyyətinin başçısı Rzayev Elçin Adil oğlunun təhsilinə dair məlumat əldə edə bilmədik. 

176609

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Bağırov Elmir Məmməd oğlu 28 aprel 1980-ci ildə Masallı rayonun Hişkədərə kəndində anadan olmub.

1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər fakültəsinin “Politologiya” ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakultəsinin “Dünya siyasi prosesləri və beynəlxalq əlaqələrin nəzəriyyəsi” ixtisası üzrə magistratura pilləsini fərqlənmə ilə bitirib. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasında təhsil almış, 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə “Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almıb.

2009-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın “Siyasi idarəetmə və politologiya”, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedralarında müəllim, baş müəllim, dosent əvəzi vəzifələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 

176610

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğlu - 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmub. 1981-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib.. İxtisasca mühəndis-mexanikdir.

176611

Seçilən
38
azedu.az

1Mənbələr