AZ

Şəmkirdə meyti tapılan şəxsi oğlu öldürüb?

Şəmkir rayonunda dərədən meyti tapılan şəxsin öldürüldüyü məlum olub, oğlu şübhəli bilinir.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, rayonun Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığındakı dərədə onun meyiti tapılıb.

Aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub.

Hadisənin törədilməsində onun yeniyetmə oğlu şübhəli bilinir.

Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
44
2
bakivaxti.az

3Mənbələr