AZ

ABŞ Ukraynaya ultimatum verib

ABŞ yalnız Kiyevin ərazi iddialarından imtina etməsi halında Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə "The Financial Times " (FT) məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp administrasiyası Ukraynaya aydın şəkildə bildirib ki, Vaşinqtonun təhlükəsizlik zəmanətləri təkcə Kiyev əvvəlcə sülh sazişinə razılıq verərsə mümkündür.

Qeyd edək ki, yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkə üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın 100 faiz hazır olduğunu elan etdi. Kiyev hazırda Vaşinqtondan sənədin imzalanma tarixi və yeri ilə bağlı siqnal gözləyir. O, həmçinin vurğulayıb ki, Ukrayna heç bir halda ərazisini Rusiyaya verməyəcək və bu məsələdə kompromis axtarılmalıdır.İlahə Qənbərli

Missiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr