AZ

Uşaqlara özbaşına antibiotik vermələrinin fəsadları

“Antibiotiklər müasir dövrün ən mühüm kəşflərindən biri olsa da, onların düzgün və məqsədli istifadəsi olduqca vacibdir. Xüsusilə uşaqlarda antibiotiklərin həkim məsləhəti olmadan, ana öz təşəbbüsü ilə verməsi ciddi fəsadlara səbəb ola bilər”. 

Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində pediatr Aynur Adıgözəlova deyib.

Onun sözlərinə görə, bütün valideynlərə aid olmasa da, bəzi valideynlər tez sağalsın düşüncəsi ilə ilkin əlamətlərdə kor-koranə antibipotikə əl atırlar:

“Ən böyük problemlərdən biri antibiotiklərə rezistentliyin (davamlılığın) yaranmasıdır. Antibiotik lazım olmadığı və ya qeyri – düzgün dozada verildiyi halda, bakteriyaların həmin dərmanalara qarşı davamlığı artır. Bu isə gələcəkdə uşağın həqiqətən antibiotikə ehtiyacı olduqda müalicənin təsirsiz qalmasına səbəb ola bilər. Nəzərə alsaq ki, bəzi uşaqların antibiotiklərə qarşı həsaslığı və güclü allergik reaksiyası olur, bu istifadə oluna biləcək dərman siyahısını da azaldır”.

Pediatr qeyd edib ki, allergik reaksiyalar özünü zəif dəri səpkilərindən tutmuş, ağır anafilaktik reaksiyalar şəklində göstərə bilər:

“Tibbi personal antibiotik istifadəsindən əvvəl hər zaman sınaq apararır. Əgər hansısa reaksiya qeydə alınarsa, o antibiotokin istifadəsi qəti qadağan hesab olunur. Amma təəssüf olsun ki, tibbi təhsili olmayan valideynlər bu qaydalara əməl etmir. Antibiotiklər virus mənşəli xəstəliklərdə də təsirsizdir. Soyuqdəymə, qrip, öskürəklər çox vaxt virus mənşəli olur. Belə halda antibiotik vermək uşağı nə sağaldır, nə də xəstəliyin müddətini qısaldır. Lazımsız dərman yüklənməsi ilə əlavə stress yaradır".

A.Adıgözəlova qeyd edib ki, digər mühüm fəsad uşağın immun sisteminə mənfi təsiridir:

"Antibiotik pis və yaxşı bakteriyaları ayıra bilmədiyinə görə qarşısına çıxan bütün canlıları öldürür. Ən çox əziyyət çəkən isə bağırsaq mikroflorası olur. Bu isə uşaqda bağırsaq disbakteriozuna səbəb olur. İshal, qarın ağrıları, köp və həzm problemləri, dolayısı ilə orqanizmə lazım olan formalı elementlərin sovrulmasının pozulması baş verir. Bəzən bağırsaq mikroflorasinin tam bərpası uzun zaman alır”.

Seçilən
51
7
adalet.az

8Mənbələr