AZ

ARDNF-in aktivləri 73 mlrd. dolları ötüb

ARDNF-in

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə 60 031,4 milyon ABŞ dolları (102 053,3 milyon manat ) təşkil edib, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 541,5 milyon ABŞ dollarına (125 020,5 milyon manata) çatıb.

Bu barədə "APA-Economics" ARDNF-yə istinadən xəbər verir.

2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 594,4 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 434,0 milyon manat olub. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 627,2 milyon manat təşkil edib.

Seçilən
15
8
xalqcebhesi.az

10Mənbələr