AZ

İcbari tibbi sığorta haqqının məbləğində dəyişiklik edilib

Qeyri-dövlət və qeyri-neft-qaz sektorunda işləyənlər üzrə icbari tibbi sığorta haqqının hesablanması qaydası dəyişdirilib.

"Unikal" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, işəgötürən tərəfindən işçinin əməkhaqqısının 2500 manatadək olan hissəsindən 2, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz hesablanacaq.

Həmçinin işçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz hesablanacaq.

İdarə Heyətinin sədri bu məbləğin əvvəllər 8000 manat olduğunu xatırladıb.

Seçilən
53
15
unikal.az

10Mənbələr