Bakı, 27 yanvar, AZƏRTAC
Qeyri-dövlət və qeyri-neft-qaz sektorunda işləyənlər üzrə icbari tibbi sığorta haqqının hesablanması qaydası dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və gələcək hədəflərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, işəgötürən tərəfindən işçinin əməkhaqqısının 2500 manatadək olan hissəsindən 2, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz hesablanacaq. Həmçinin işçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz hesablanacaq.
İdarə Heyətinin sədri bu məbləğin əvvəllər 8000 manat olduğunu xatırladıb.