AZ

İcbari tibbi sığorta məbləği DƏYİŞİB

"İcbari tibbi sığorta haqqının məbləğinə dəyişiklik edilib". 

Moderator.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında “Tibbi sığorta haqqında” Qanunda edilən dəyişikliklər barədə mətbuat konfransında deyib. 

O bildirib ki, qeyri-dövlət və qeyri-neft/qaz sektorunda işləyənlər üzrə sığortahaqqının hesablanması qaydası dəyişdirilib:

"İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %;
•İşçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %.

Əvvəl bu məbləğ 8000 manat idi".

Seçilən
48
15
moderator.az

10Mənbələr