AZ

Dövlət Neft Fondunun beşillik performansı və uzunmüddətli yanaşmanın effektivliyi

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləriilin əvvəli 60 milyard ABŞ dolları ilə müqayisədə 22,5% artmaqla73,5 milyard ABŞ dollarına çatıb.

Trend bubarədə ARDNF-yə istinadən xəbər verir.

Hesabat dövründə ARDNF-nin gəlirləri 37,6 milyard manat,xərcləri isə 14,6 milyard manat təşkil edib. Eyni zamanda neft-qazsazişləri üzrə karbohidrogenlərin satışından gəlirlər 9,5 milyardmanat olub.

Bundan başqa, ARDNF-nin investisiya gəlirliliyi 6,2% təşkiledib, bu isə 6,9 milyard manat və ya 4 milyard ABŞ dolları həcmindəinvestisiya gəliri ilə nəticələnib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki,Fondun aktivləri 2025-ci ilin əvvəlinə 60 031,4 milyon ABŞ dolları(102 053,3 milyon manat ) təşkil etmiş, 2025-ci il dekabr ayının31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 541,5 milyonABŞ dollarına (125 020,5 milyon manata) çatmışdır.

2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumigəlirləri 37 594,4 milyon manat təşkil etmişdir. Sözügedən dövrdəFondun büdcə gəlirləri 17 160,4 milyon manat, valyutaməzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq iləbağlı büdcədənkənar gəlirləri isə 20 434,0 milyon manat olmuşdur.Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 627,2 milyon manat təşkiletmişdir.

Büdcə gəlirləri:

Neft-qaz gəliri.2025-ci ilin yanvar-dekabr ayları ərzindəARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlıgəlirləri 10 266,3 milyon manat olmuşdur, o cümlədən:

mənfəət neftinin və qazın satışından 9 497,0 milyon manat,
bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat,
akrhesabı ödənişlər 3,6 milyon manat.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 8292,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə958,8 milyon manat məbləğində vəsait daxil olmuşdur.

İnvestisiya gəliri. Fondun vəsaitlərinin idarə olunması üzrəgəlirlilik 6.2% təşkil etmiş, nəticədə 6 894,1 milyon manathəcmində gəlir əldə edilmişdir.

Büdcə xərcləri:

Büdcəyə transfert.Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci ilbüdcəsinin icrası çərçivəsində 14 481,0 milyon manat vəsait dövlətbüdcəsinə transfert edilmişdir.

Layihə xərcləri.2025-ci ilin yanvar-dekabr aylarında aşağıdakıicrası davam edən layihələrə 105,5 milyon manat yönəldilmişdir, ocümlədən:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsilsisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə DövlətProqramı”nın maliyyələşməsinə 18,6 milyon manat,
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrindətəhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nınmaliyyələşməsinə 86,9 milyon manat.

İdarəetmə xərcləri. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsiilə bağlı xərcləri 40,7 milyon manat təşkil etmişdir.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2025-ci il ərzində maliyyə bazarlarındakı tendensiyalarARDNF-nin aktivlərinə müsbət təsir göstərmişdir.

ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərintətbiqindən gözlənilən inflyasiyanın reallaşmaması səbəbindən,Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi fonunda,Birləşmiş Krallıqda isə əsasən əmək bazarının zəifləməsinəticəsində mərkəzi banklar uçot faiz dərəcələrini endirmişdir ki,bu da öz növbəsində istiqrazların gəlirliliyinə müsbət töhfəvermişdir. Bununla yanaşı, istiqrazlarda hələ də müşahidə olunanyüksək faiz dərəcələri ARDNF-nin borc öhdəliklərinin əsasgəlirlilik komponenti olmuşdur.

ARDNF-nin səhm investisiyaları da il ərzində müsbət gəlirlilikgöstərmişdir. Şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlıolması, texnologiya sahəsində, o cümlədən süni intellekt sahəsindəəldə edilən irəliləyişlər, həmçinin qabaqcıl mərkəzi bankların faizdərəcələrini endirməsi bazarlarda müsbət dinamikanışərtləndirmişdir.

Ötən ildə daşınmaz əmlak və infrastruktur investisiyalarınıngəlirliliyi sektorlardan asılı olaraq fərqli nəticələr nümayişetdirmişdir. Ofis sektorunda müşahidə edilən təzyiqlərin davametməsinə baxmayaraq, logistika, yaşayış tipli daşınmaz əmlaklar vəinfrastruktur aktivlərinə tələbin yüksək olması sözügedənsektorlarda dayanıqlı gəlirliliyi təmin etmişdir. Nəticədə,ARDNF-nin daşınmaz əmlak altportfeli 2025-ci ildə müsbət gəlirlilikəldə etmişdir.

Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər vəgeosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədərartım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bununla da,ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlərformalaşmışdır.

Məqalədə:
Seçilən
60
9
az.trend.az

10Mənbələr