AZ

Şamaxıda Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda seminar keçirildi FOTOLAR

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan “Gənclər Müstəqil Azərbaycan Konstitusiyasını və Ümummilli Lider Heydər Əliyevin irsini öyrənir" adlı layihə çərçivəsində növbəti maarifləndirici seminar Şamaxı rayonunda təşkil olundu.

Gənclərə Ümummilli Lider Heydər Əliyevin irsinin, dövlətçilik kursunun təbliği, memarı olduğu Müstəqil Azərbaycan Konstitusiyasının bölgə gəncləri arasında aşılanması, suverenliyimiz, konstitusion dəyərlərimiz və eləcədə Ölkə Prezidentinin monolit siyasətinin gəncləri arasında hərtərəfli yayılmasını nəzərdə tutan tədbir 30-a yaxın gəncin iştirakı ilə Şamaxı şahmat-idman klubunda keçirildi.

Layihənin direktoru, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova Ulu Öndərin və şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla qeyd etdikdən sonra tədbirin məqsədi, gənclər üçün əhəmiyyətli olan mövzu haqqında məlumat verdi.

Sonra Şamaxı rayon gənclər və idman sektorunun müdiri Şahmar Hüseynov təbrik çıxışı edərək, AR Gənclər Fondunun və ADTGT İctimai Birliyinin belə maarifləndirici tədbirlərindən birinin də Şamaxı rayon gənclər üçün təşkilini yüksək qiymətləndirdi.

Ölkəmizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif geniş profilli tədbirlərin, o cümlədən, gənclərin iştirakı ilə maarifləndirici tədbirlərin təşkil olunduğu və bu əsnada AR Gənclər Fondunun müsabiqəsinin qalibi olan ADTGT Ictimai Birliyinin də bu layihəsinin xüsusi əhəmiyyət daşıdığı vurğulandı və ADTGT-nin region gəncləri ilə iş sahəsində böyük təcrübəsi qeyd edildi.

Sonra layihənin eksperti, ADTGT İctimai Birliyinin sədri, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli çıxış edərək, rayon gənclərinə Ulu Öndərin tarixi missiyası, onun Azərbaycanın inkişafı və tərəqqsində misilisiz xidmətləri, Müstəqil Azərbaycan Konstitusiyasının memarı və müəllifi olması, Azərbaycan dövlətçiliyini qoruyub saxlaması haqqında geniş və əhatəli bilgilər çatdırdı. Ümummilli Liderin dövlətçilik və suverenlik kursunun Cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilməsini qeyd edən A.Əsgərli gənclərimizin də bu siyasəti bilməsin və yaymasını vacib adlandırdı.

Seminar tədbir işirakçılarının sual cavabları, rəy və fikirləri ilə davam etdi və sonda belə tədbirlərin regionlarda requlyar təşkili arzu edildi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
106
4
sesqazeti.az

10Mənbələr