
Böyük Britaniyanın Baş naziri Keir Starmer sabah Çinə dörd günlük rəsmi səfərə başlayacaq.
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu, 2018-ci ildən bəri Britaniya Baş nazirinin Çinə ilk rəsmi səfəridir.
Sonuncu belə səfər Böyük Britaniyanın sabiq Baş naziri Tereza Meyin 2018-ci ildə Pekinə etdiyi üç günlük səfər olub.