AZ

Neft Fondunun aktivləri 22,5 faiz artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, fondun aktivləri 2025-ci ilin əvvəlinə 60 031,4 milyon ABŞ dolları (102 053,3 milyon manat ) təşkil etmiş, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 541,5 milyon ABŞ dollarına (125 020,5 milyon manata) çatmışdır.

2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 594,4 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə fondun büdcə gəlirləri 17 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 434,0 milyon manat olmuşdur. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 627,2 milyon manat təşkil etmişdir.

P.ƏMİRCANOV
XQ

Seçilən
30
8
xalqqazeti.az

10Mənbələr