AZ

"Bayer Leverkuzen" milli üzvünün keçidini elan etdi

"Bayer Leverkuzen" heyətini yeni qapıçı ilə gücləndirib. 

Fanat.Az xəbər verir ki, Bundesliqa nəhəngi "Borussiya Mönhenqladbax"ın qolkiperi Yonas Omlin ilə anlaşıb. 

Məlumatı "əczaçılar"ın mətbuat xidməti yayıb. 

Leverkuzen klubu 32 yaşlı isveçrəli milli üzvünü cari mövsümün sonuna qədər icarəyə götürüb. 

Qeyd edək ki, Omlin bu mövsüm meydanda görünməyib. İsveçrəli futbolçu 2023-cü ildən "Borussiya"da oynayır. O, ümumilikdə 36 oyunda iştirak edib və 63 qol buraxıb. 

Almaniya çempionatının 18 turundan sonra "Bayer Leverkuzen" 32 xalla turnir cədvəlində altıncı yerdədir. Komanda növbəti oyununu səfərdə "Qarabağ"ın ÇL-də 3:2 hesabı ilə üstələdiyi "Ayntraxt Frankfurt"a qarşı keçirəcək.

Seçilən
9
3
fanat.az

4Mənbələr