Bakı. Trend:
Yəqin ki, zamanla “yaşıl istiqraz”lar üzrə əlavə buraxılışlarıgörəcəyik.
Bunu Trend-əmüsahibəsində Bakı Fond Birjasının (BFB) İdarəHeyətinin sədri Ruslan Xəlilov deyib.
Sədr ötən ilin mart ayında SOCAR-ın “yaşıl istiqraz”larının BakıFond Birjasında tədavülünə başlanıldığını xətrladəb və qeyd edibki, “yaşıl istiqraz”lar 5 illik müddətə buraxılır və ümumiburaxılış məbləği 200 milyon ABŞ dollarıdır: “Biz Bakı Fond Birjasıolaraq “yaşıl istiqraz”ları dəstəkləmək üçün ayrıca bir “Green BondSegment” (“yaşıl istiqrazlar” seqmenti) yaratmışıq. Həmin bazarseqmenti üçün bütün listinq komissiyalarını sıfırlamışıq. Yəni“yaşıl istiqraz” və yaxud da yaşıl kağız olaraq listinqə çıxmaqistəyən şirkət müvafiq kriteriyalara uyğun gəlirsə, listinqhaqqından azad edirik".
R. Xəlilov vurğulayıb ki, bazarda bu istiqamədə müəyyən sahələrüzrə şirkətlərin marağı var: "Xüsusən də enerji sektorunda “yaşılistiqraz” buraxmaq istəyən şirkətlər var. Logistika sektoru üzrə dəbir qism şirkətin “yaşıl istiqraz”a marağının olduğunu görürük.Sadəcə olaraq burada investisiya bankçılığı rolunu oynayanşirkətlərdən də çox şey asılıdır. Yəqin ki, zamanla “yaşılistiqraz”lar üzrə əlavə buraxılışları görəcəyik”.