Rusiyada “Telegram” 2026-cı ilin sentyabr ayında tamamilə bloklanacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Mixail Delyagin bildirib.
Onun sözlərinə görə, “Telegram” 2026-cı ilin sentyabrında keçiriləcək seçkilərə qədər “YouTube” sxemi əsasında bloklanacaq:
“Rusiyada bəzi istifadəçilər "Instagram”dan olduğu kimi, “Telegram”dan da istifadə edə biləcəklər”.
Qeyd edək ki, Rusiyada "Facebook", "Instagram", "WhatsApp" və "YouTube" şəbəkələri tam bloklanıb.
Xatırladaq ki, 2026-cı ilin sentyabr ayında Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək.