AZ

Elçin Məsiyev Avropa Liqasına təyinat aldı

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, Danimarkada yerli “Midtyullann” ilə Xorvatiyanın “Dinamo Zaqreb" komandaları arasında keçiriləcək əsas mərhələsinin 8-ci turunun oyununu idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

“Midtyullann” – “Dinamo Zaqreb” qarşılaşması yanvarın 29-da, saat 00:00-da start götürəcək.

Seçilən
27
27
fanat.az

10Mənbələr