AZ

“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını niyə açıqlamır? - Gəlirlərdə kəskin azalma iddiası

Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2025-ci il üzrə maliyyə hesabatını hələ də ictimaiyyətə təqdim etməyib. Artıq 2026-cı ilin yanvar ayı olmasına baxmayaraq, şirkətin ötən il üzrə maliyyə göstəriciləri rəsmi mənbələrdə yer almır...

Xatırladaq ki, 2024-cü ildə “Azərlotereya” ASC-nin satışdan əldə etdiyi gəlirlər 327 milyon 576 min manat, xalis mənfəəti isə 61,8 milyon manat təşkil edib.

Bu göstəricilər fonunda 2025-ci il üzrə hesabatın gecikdirilməsi maraqlı suallar doğurur.

Bizimesr.az bildirir ki, görünür “Azərlotereya” ASC 2025-ci ildə gözlənilən maliyyə nəticələrini əldə edə bilməyib. 2025-ci ildə ASC-nin fəaliyyətində ciddi durğunluq müşahidə olunub və bu yəqin ki, lotoreya məhsullarına olan ictimai inamın azalması ilə bağlıdır.

2025-ci ildə insanlar lotoreya oyunlarına marağı itirməyə başlayıb. Bu tendensiya xüsusilə paytaxt ərazisində açıq şəkildə hiss olunur. Küçələrdə və metro çıxışlarında yerləşən şoxsaylı “Azərlotereya” satış məntəqələrinin böyük əksəriyyəti faktiki olaraq fəaliyyətsiz vəziyyətdədir.

Qeyd olunur ki, 2025-ci ilin əvvəlində sürətlə qurulan satış köşkləri ilin ortalarına doğru fəaliyyətini tamamilə dayandırıb. Satış həcminin kəskin azalması nəticəsində şirkətin ümumi gəlirlərinin təxminən 50 faizədək azaldığı bildirilir.

Maliyyə göstəricilərində belə ciddi geriləmə ehtimalı fonunda 2025-ci il üzrə hesabatın açıqlanmaması çox marağa səbəb olur. hesabatın gecikdirilməsi ya mənfi maliyyə nəticələri ilə, ya da daxili audit və struktur problemləri ilə əlaqəli ola bilər.

Məsələ ilə bağlı “Azərlotereya” ASC-nin rəsmi mövqeyi açıqlanmayıb.

Mövzunu diqqətdə saxlayacaq.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr