Bakı.Trend:
Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxssaxlanılıb.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, paytaxtın Nəsimi rayonu ərazisində 4 avtomobildəniçərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların,həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərəümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisəməlumatlar daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləritədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqlaəlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyevsaxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildənoğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üçavtomobildən pul oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.