AZ

Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyi hədəf alan dezinformasiya ilə bağlı MEDİA-nın açıqlaması

Bir sıra xarici onlayn xəbər kanallarında və sosial mediaseqmentlərində Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlikmünasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhədoğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterliməlumatların yayılması halları müşahidə olunur. Aparılmış ilkinaraşdırmalar nəticəsində bu dezinformasiya kampaniyasınıninternetin rusdilli seqmentində “Tsargrad.tv” resursundanqaynaqlandığı aşkar edilmişdir.

Ölkəmizə qarşı yönəlmiş, saxta və manipulyativ məzmunlarlaictimai rəyi çaşdırmağa çalışan, Azərbaycan ilə Türkiyə arasındamövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağaxidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildəqınayır və qəbuledilməz olduğunu vurğulayırıq. Azərbaycan vəTürkiyə jurnalistlərini, həmçinin media subyektlərini bu cürdezinformasiya cəhdlərinə qarşı prinsipial mövqe sərgiləməyə,mənbəyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə vəinformasiya mühitinin qorunması istiqamətində məsuliyyətlidavranmağa çağırırıq.

Eyni zamanda, hər iki ölkənin ictimaiyyətini saxta məlumatlarainanmamağa, yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsasgötürməyə dəvət edirik.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu kimihalların qarşısının alınması və vahid mövqenin formalaşdırılmasıməqsədilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətləƏlaqələr Departamenti ilə səmərəli əməkdaşlığı bundan sonra dadavam etdirəcəkdir.

Seçilən
8
47
az.trend.az

10Mənbələr