Dolabınızda çoxlu paltar olmasına baxmayaraq nə geyinəcəyinizi tapa bilmirsinizsə, qarderob yeniləmək üçün bir sıra əsas qaydalar var.
Pravda.az qarderob yeniləməyin bir neçə yolunu təqdim edir:
Əvvəlcə neytral rəngli klassik geyimləri seçmək
Paltarları düzgün formada yerləşdirmək və artıq istifadə etmədiklərinizdən imtina etmək
Gündəlik istifadəyə uyğun funksional elementlərə (məsələn, cins şalvar, sadə köynəklər və klassik ayaqqabılar) üstünlük vermək
Daim dəyişən trend üslublarla deyil, zövqünüzə uyğun əsas tərzlə geyinin . Qarderobunuzu gündəlik, iş və gecə geyimləri kimi kateqoriyalara ayırın və alış-verişdə bədən ölçüsünə diqqət edin ki, geyimlər sizə yaxşı yaraşsın.
Qeyd: Moda stres yaratmamalı, şəxsiyyətinizi əks etdirməlidir.
Əminə Bayramova