AZ

"Volkswagen" 45 minə yaxın elektrikli avtomobilini geri çağırır

Bakı. Trend:

Alman avtomobil istehsalçısı "Volkswagen" ABŞ-də potensialbatareya yanğına səbəb ola biləcək risklər üzündən 44.551elektrikli avtomobilini geri çağıracaq.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli YolHərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

Məlumata görə, 2023–2025-ci il modellərinə aid 43.881 nəqliyyatvasitəsini əhatə edən genişmiqyaslı geri çağırışda yüksəkgərginlikli akkumulyatorun həddindən artıq qızması riski mövcuddurki, bu da yanğın ehtimalını artırır.

Agentlik bildirib ki, dilerlər batareya proqram təminatınıyeniləyəcək və lazım gəldikdə batareya paketini pulsuzdəyişdirəcəklər.

Bundan əlavə, "Volkswagen" bəzi yüksək gərginlikli batareyaelementlərində elektrodların səhv düzülməsi səbəbindən 2023–2024-cüil modellərindən 670 avtomobilini də geri çağırır. Bu geri çağırışda batareya yanğına səbəb ola biləcək risklərlə əlaqədardır.

Seçilən
80
5
az.trend.az

7Mənbələr