AZ

The Guardian: İspaniya yarım milyon miqrantı leqallaşdırır...

Sosialist koalisiya Avropada sərtləşən miqrasiya siyasətindən fərqli qərar verib…

Poliqon xəbər verir ki, İspaniya hökuməti təxminən 500 min qeyri-leqal miqrantın və sığınacaq axtaran şəxsin hüquqi status almasına imkan yaradan dekretı təsdiqləyib. The Guardian nəşrinin yazdığına görə, qərar ölkəni idarə edən sosialist koalisiyası tərəfindən qəbul edilib və Avropanın bir çox dövlətində miqrasiya siyasətinin sərtləşdirilməsi fonunda kəskin fərqlənir.

Məlumata əsasən, aprel ayında qüvvəyə minməsi nəzərdə tutulan sənəd İspaniya ərazisində hüquqi statusu olmayan şəxslərə, eləcə də sığınacaq üçün müraciət etmiş miqrantlara şamil olunur. Leqallaşma üçün əsas şərtlər sırasında məhkumluğun olmaması və ölkədə azı beş ay fasiləsiz yaşamanın sübut edilməsi yer alır. Alternativ olaraq, 31 dekabr 2025-ci ilədək beynəlxalq müdafiə üçün müraciətin təqdim edilməsi də kifayət sayılacaq.

Hökumət bu addımın əmək bazarındakı kadr çatışmazlığının azaldılmasına, sosial inteqrasiyanın gücləndirilməsinə və miqrantların kölgə iqtisadiyyatından çıxarılmasına xidmət etdiyini bildirir. Tənqidçilər isə qərarın miqrasiya axınını artıra biləcəyini iddia edirlər. Buna baxmayaraq, rəsmi Madrid sosial və iqtisadi faydaların risklərdən üstün olduğunu vurğulayır.

Poliqon.info

Seçilən
57
poliqon.info

1Mənbələr