AZ

"Sabahkı oyunda futbolçularıma inanıram" - Qurban Qurbanov

style='margin-bottom:10px;'>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda "Liverpul"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, mütəxəssis komandasını maraqlı və çətin bir qarşılaşmanın gözlədiyini bildirib. O, əsas mərhələnin son oyununda möhtəşəm atmosferdə çıxış edəcəklərini vurğulayaraq rəqibin gücünə baxmayaraq futbolçularına olan inamını ifadə edib:

"Əsas mərhələnin həlledici matçına çıxırıq. Bizi möhtəşəm stadionda, möhtəşəm azarkeş dəstəyi qarşısında oynamaq gözləyir. "Liverpul"un hər bir üzvü hər zaman qələbəyə acdır və sahəyə yalnız bu istəklə çıxır. İngiltərədə yadda qalan və keyfiyyətli futbol nümayiş etdirməyi çox arzulayırıq. İnanıram ki, futbolçularım sabah öz potensiallarını maksimum dərəcədə ortaya qoyaraq ən yaxşı oyunlarından birini sərgiləyəcəklər".

Qeyd edək ki,  “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq.

Seçilən
14
teleqraf.com

1Mənbələr