AZ

Odessaya hava hücumu zamanı ölənlərin sayı 3 nəfərə çatıb  

Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə ötən gecə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Odessa Regionlararası Hərbi Dairəsinin rəisi Sergey Lısak “Telegram”da məlumat verib.

Bildirilib ki, xilasedicilər yaşayış binasının dağıntıları altında qalan daha bir qadının cəsədini aşkarlayıblar.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, Odessa şəhəri və vilayətinə edilən hava zərbələri nəticəsində mülki insanlar arasında xəsarət alanların sayı 20-ni ötüb.

Seçilən
14
1
azerbaijan-news.az

2Mənbələr