AZ

Tramp: Əl-Maliki baş nazir olarsa, ABŞ İraqa dəstəyini dayandıracaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, 2006-cı ilin may ayından 2014-cü ilin avqust ayına qədər baş nazir vəzifəsində çalışan Nuri əl-Maliki hökuməti ələ keçirərsə, Vaşinqton İraqa dəstəyini dayandıracaq.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

"İraqın Nuri əl-Malikini baş nazir vəzifəsinə bərpa etmək üçün çox pis qərar verə biləcəyi barədə xəbərlər eşitmişəm. Onun hakimiyyətdə olduğu sonuncu dəfə ölkə yoxsulluğa və tam xaosa qərq oldu. Biz bunun bir daha baş verməsinə icazə verə bilmərik. Əgər o seçilərsə, ABŞ, ağlasığmaz siyasəti və ideologiyası üzündən artıq İraqı dəstəkləməyəcək. Bizim köməyimiz olmadan İraqın uğur, rifah və ya azadlıq şansı yoxdur", - Tramp bildirib.

Seçilən
62
apa.az

1Mənbələr