AZ

Yakutiyada fərdi yaşayış evində baş verən yanğında beş nəfər həlak olub

Rusiyanın Yakutiya Respublikasında fərdi yaşayış evində baş verən yanğın beş nəfərin ölümü ilə nəticələnib.

"Report" xəbər verir ki, bu barədə respublika üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş İdarəsinin mətbuat xidməti "Telegram"da məlumat yayıb.

"Yanğın nəticəsində iki yaralı müalicə müəssisəsinə çatdırılıb. İlkin məlumata görə, daha çox xəsarət alanlar var, ev tamamilə yanıb. Yanğın yerində beş nəfərin cəsədi aşkar edilib, onların şəxsiyyətləri dəqiqləşdirilir", - deyə məlumatda bildirilir.

İlkin məlumatlara görə, yanğına səbəb qısaqapanma ola bilər. Yanğının söndürülməsinə 10 nəfər şəxsi heyət və 2 ədəd texnika cəlb olunub.

Seçilən
25
2
far.az

3Mənbələr