AZ

Afrikada daşqın: Timsah təhlükəsi ilə bağlı xəbərdarlıq EDİLDİ

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Afrikada baş verən güclü daşqınlar nəticəsində 100-dən çox insan həyatını itirib, yüz minlərlə insan isə evini tərk etmək məcburiyyətində qalıb. Rəsmilər və humanitar təşkilatlar bölgədə aclıq, xolera və daşqın suları ilə yayılan timsah hücumları riski barədə xəbərdarlıq edirlər.

Redaktor.az bu haqda "The Guardian"a istinadla xəbər verir.

İlin əvvəlindən bəri Zimbabvedə 70-dən çox, Cənubi Afrikada isə azı 30 nəfər daşqınların qurbanı olub. Cənubi Afrikada güclü yağışlardan sonra bu ayın əvvəlində Krüger Milli Parkından yüzlərlə insan təxliyə edilib.

Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, Mozambikin cənubunda ölənlərin sayı 13 nəfərə çatıb. Onlardan üçü timsah hücumu nəticəsində həyatını itirib. Bu hadisələr Limpopo çayının və digər su hövzələrinin daşması fonunda baş verib.

Mozambikin paytaxtını da əhatə edən Maputo vilayətinin katibi Henrikes Bonqese bildirib ki, timsahlar ehtimal ki, Cənubi Afrikadan gələn daşqın suları ilə bölgəyə sürüklənib.

Rəsmilər humanitar vəziyyətin ağırlaşdığını, minlərlə insanın içməli su və ərzaq çatışmazlığı ilə üz-üzə qaldığını bildirirlər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
redaktor.az

2Mənbələr