AZ

Atam infarkt keçirdi, mən də risk altındayam? - Genetik faktorlar və profilaktikanın rolu

Ürək xəstəliyi təkcə həyat tərzinin deyil, həm də genetik irsiyyətin səssiz nəticəsi ola bilər. Atam infarkt keçirdisə, mənim də başıma gələcəkmi? Mütəxəssislər bildirir ki, ailə tarixi erkən diaqnoz və profilaktika üçün vacibdir.

E-saglam.az-ın məlumatına görə, ürək-damar cərrahiyyəsi üzrə mütəxəssis Prof. Dr. Şahin Şenay izah edir: genetik risk tək bir “ürək infarktı geni” ilə müəyyən olunmur. Miras, bir neçə genin və ətraf mühit amillərinin qarşılıqlı təsiri nəticəsində formalaşır. Yəni, eyni genetik fondan gələn iki insanın nəticəsi tam fərqli ola bilər.

Bəzi genetik xəstəliklər, məsələn hipertrofik kardiyomiyopatiya, ürək əzələsinin qalınlaşması ilə əlaqədardır və nəsildən-nəslə keçə bilər. Ailə tarixində gənc yaşda qəfil ölümlər, huşunu itirmə halları və ritm pozğunluqları varsa, mütləq həkim məsləhəti alınmalıdır.

Ən önəmlisi odur ki, genetik risk həyat tərzi ilə idarə olunur. Sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, piylənmədən qaçmaq, siqaretdən uzaq durmaq və qan təzyiqi, xolesterol və qan şəkərini nəzarətdə saxlamaq riski əhəmiyyətli dərəcədə azalda bilər.

Ürək xəstəliyi riskindən xəbərdar olmaq qorxutmur, əksinə qoruyur. Erkən müayinə və düzgün profilaktika həyat qurtara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
39
e-saglam.az

1Mənbələr