Azərbaycan Basketbol Liqasında (ABL) bu gün XI turdan təxirə salınmış bir oyun keçiriləcək.

Offsideplus.az xəbər verir ki, "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.

Görüş saat 20:00-da başlayacaq və Bakı İdman Sarayında baş tutacaq.

"Sabah" hazırda A qrupunda 25 xalla 2-ci yerdədir. 19 xala malik "Neftçi" isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, XI turdan təxirə salınmış daha bir qarşılaşma -  NTD - "Gəncə" matçı sabah oynanılacaq.