
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” Azərbaycanı təsisçi üzv kimi salamlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə təşkilat özünü "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır", – deyə vurğulanıb.
Xatırladaq ki, yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi" sənədinin imzalanma mərasimi keçirilib. Mərasimdə Azərbaycanı Prezident İlham Əliyev təmsil edib.
Daşqın HəsənovMissiya.Az