AZ

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə iclası keçirildi

Bakı. Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınlabağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrəməhkəmənin növbəti iclası keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdətəqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatətverib.

Vəkil bildirib ki, iş üzrə məhkəmə tərkibi dəyişdiyi halda işəyenidən başlamalıdır. Tərkib dəyişildiyi üçün zərərçəkmiş,təqsirləndirilən şəxslər, şahidlər yenidən dindirilsin, işə yenidənbaxılsın.

Vəsatət təmin edilməyib.

Hakim bildirib ki, məhkəmə bu məsələyə münasibətini bildirib.Məhkəmənin yeni tərkibi isə cinayət iş ilə tanışdır.

Daha sonra iş üzrə şahid Aqşin Səmədov ifadə verib.

Şahid qeyd edib ki, işçilərlə tədbirlər keçirilib. Yanğıntəhlükəsizliyi ilə bağlı gecə yoxlamaları aparılıb. Yoxlama zamanınöqsanlar aşkar edilib, protokol tərtib edilib, bəzən cərimə dətətbiq edilib.

Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkiliməhkəməyə vəsatət verib:

Vəkil örpələrin başqa xəstəxanalara hospitalzasiyasını həyatakeçirən tibb personalını məhkəməyə şahid qismində çağırılmasınıistəyib.

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası 4 fevrala təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika PerinatalMərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki vədaha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıqiki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayətişi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğunİstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya,reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşlarınintensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəkipalatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manatməbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci iltarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənintibbi təminat resursları və potensialını nəzərə almadan xəstəqəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisəninelektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəbolmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindənMərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiyaqurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmamasıvə elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinəbildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya vəintensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və DəstəkXidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradanqaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban AbasquliyevaCinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyiqaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünəsəbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsindəişləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkonlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "RespublikaPerinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqamHacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarovazərərçəkmiş qismində tanınıb.

Məqalədə:
Seçilən
24
30
az.trend.az

10Mənbələr