ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul Baş Prokurorluğu tərəfindən məşhur aktyor, aktrisa, müğənni və teleaparcılara qaşrı qrup seksi v narkotik ittihamı ilə açdığı cinayət işindən yeni xəbər var.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qrup seksi və narkotik qəbuluna təşkilatçılıq etdiyi iddia olunanlardan biri - Kasım Qaripoğlunun ad günü münasibətilə keçirdiyi 48 saatlıq məclislərin birində barmenlik edən Atilla Aydın öz xahişi ilə həbsxanada prokurorluğa yenidən ifadə verib.
Məlumatda əsasən, həbsdə olan barmen 20 məşhur şəxsin narkotik və qrup seks məclislərində iştirak etdiyini iddia edib.
O, ifadəsində aşağıdakı şəxslərin adlarını çəkib:
"Merve Taşkın
Burak Ateş
Şevval Şahin
Buse İskenderoğlu
Lerna Elmas
Şeyma Subaşı
Eliz Sakuçoğlu
Özge Ertöz
İrem Aksaç
Mehmet Can Çelik
Mert Ayaydın
Murat Han Günal
Cengiz Can Atasoy
Yusuf Tekin
Süreyya Arioba
Asil Mert Çadırcı
Burak Altındağ
Ege Mutaf
Sandra Alazoğlu
Suranaz Şahin".
Barmen ifadəsində qeyd edib ki, məclisə gələnlər telefonların kilidli kabinetlərə atırmışılar: "Məclisdə belə sərt qaydalar vardı. Məclis başlayanda telefonlarımızı kilidli kabinetlərə qoyardıq. Qaydalara əməl etməyən işçilər bir daha belə pulu məclisə dəvət olunmazdılar. Həmin iki gün davam edən məclisə gəldikdə isə, orda hər addımda döşəmədə kokain qəbulu üçün rulon halına salınmış pullara rast gəlmək olardı. Buna paralel olaraq, narkotik istifadə edən insanlar üçün ayrıca otaq da vardı. Tualetlərdəki kranların ətrafında kokain tozu gözə çarpırdı. Evin hər yerində insanların narkotik istifadə etdiyini görürdük. Bəli, o məclis 48 saat çəkdi. Əyləncənin sonunda təmizlik işləri apardığımız zaman boşqablarda belə xeyli miqdarda narkotik qalığı var idi."
Barmen Atilla Aydın ifadəsində daha sonra deyib: "Peşəm barmenlikdir. Evlərdə və otellərdə əyləncə və tədbirlər təşkil edən yerlərə gedərək dolanışığımı təmin edirəm. Narkotik istifadə etdiyimi etiraf edirəm. Kasım Qaripoğlunun evində əyləncə keçirilərkən, bəli, mən də qalıq narkotikdən istifadə etmişəm. Peşmanam...".
Hüseyn Namazov
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.