AZ

Mirzoyan Avropa Şurasının baş katibi ilə Cənubi Qafqazı müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqda Avropa Şurasının baş katibi Alen Berset ilə görüşüb.

Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı həmsöhbətlər Avropa Şurası çərçivəsində əməkdaşlıqla bağlı gündəlik məsələləri müzakirə ediblər.

Qeyd olunub ki, bundan əlavə Mirzoyan və Alen Berset Cənubi Qafqazdakı hadisələrlə bağlı fikir mübadiləsi də aparıblar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
32
missiya.az

1Mənbələr