Bakı.Trend:
Tramvayın bir çox üstünlükləri var. Tramvaylar yüksəksərnişindaşıma qabiliyyətinə malikdir, ekoloji cəhətdən təmizdir,uzunömürlüdür (istismar müddəti 50 ilə qədərdir) və xüsusi yollarlahərəkət etdiyinə görə tıxaca düşmür.
Trend xəbərverir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirininmüavini Rəhman Hümmətov bu gün “Bakı şəhərində və ətraf ərazilərdənəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cuillər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsrolunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.
O bildirib ki, tramvaylar avtobus və trolleybuslarla müqayisədədaha rahat və sürətli hərəkəti təmin edir:
“Tramvaylar vasitəsilə irihəcmli sərnişin axınlarının sürətli vərahat şəkildə mobilliyini təmin etmək mümkündür. Tramvaylar ilknövbədə həmin dəhlizlər üzrə olan avtobus marşrutları iləinteqrasiya olunur. Burada avtobuslar əlaqələndirici rol oynayabilir, yəni sərnişinlər bu nəqliyyat növü vasitəsilə tramvaydayanacaqlarına çata bilirlər. Digər tərəfdən, əgər həmin dəhlizlərüzrə metro və ya dəmiryolu stansiyalari mövcuddursa, tramvaylarmütləq şəkildə həmin stansiyalarla da inteqrasiya olunurlar. Buzaman sərnişinlər səyahətlərini özlərinə uyğun və rahat nəqliyyatnövləri ilə davam etdirə bilirlər”.
R.Hümmətov əlavə edib ki, dünya təcrübəsi göstərir ki, tramvayxətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı başverir, dolayısı ilə yeni iş yerləri açılır ki, bu da tramvayın dahabir üstünlüyüdür.