AZ

Nazir müavini: Bu il Xırdalan mərkəzini M4 yolu ilə əlaqələndirəcək yolun inşasına başlanılacaq

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun tikintisi ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.

Onun sözlərinə görə, hazırda bu layihələrdən dördünün (Bilgəh–Novxanı–VAZ dairəsi–Xırdalan–M-4; Akademik Həsən Əliyev–“Koroğlu” metrostansiyası; Xaqani Rüstəmov–Ağa Nemətulla; VAZ dairəsi–M4 Şamaxı yolu) tikintisi icra edilir: “Bu il daha 4 yolun tikintisinə başlanılması nəzərdə tutulub. Bu yollar Məhəmməd Xiyabani–Dairəvi-1; M4–Xırdalan (mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab Salamzadə–Ziya Bünyadovdur.

Seçilən
23
8
yeniazerbaycan.com

10Mənbələr