AZ

Hazırkı normativ aktlar beynəxalq normalara uyğun deyil - Komitə sədri

Hazırkı sahəvi normativ hüquqi aktlar uşaq hüquqlarının təmin edilməsində beynəlxalq hüquq normalarını tam əhatə etmir, bu boşluqları aradan qaldırmaq üçün yeni qanun layihəsi hazırlanıb. Bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Deputatın sözlərinə görə, yeni qanunda çətin həyat şəraitində olan uşaqların hüquq və mənafelərinin qorunur.

Dövlətin uşaq siyasətinin məqsəd və vəzifələri, uşaq hüquqlarının müdafiəsi üzrə dəstək proqramları, uşaq hüquqlarını təmin edən orqanlar və digər müvafiq qurumlar qanun layihəsində əksini tapıb.

Uşaqların mənafelərinin üstünlüyü prinsipi, hüquqların reallaşdırılması üçün uşağa göstərilən kömək daha geniş və ətraflı təqdim olunur.

Valideynlər qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidəsinə uyğun tərbiyə edə bilərlər, lakin bu, uşağın fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Uşağın ailədə hüquqları, cəmiyyətdə zərərli təsirlərdən qorunması fərqli və ətraflı şəkildə tənzimlənir.

Uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyalar çətin həyat şəraitində olan uşaqların ilkin müayinəsini keçirir və təcili-təxirəsalınmaz tədbirlərin görülməsini təşkil edir.

Mülki, cinayət və inzibati xətalara dair işlər üzrə icraat, inzibati məhkəmə icraatı və inzibati icraat nəzərdə tutulur.

Hüquqi məsuliyyət tədbirləri yekun müddəalarda müəyyən edilib.

Zahid Oruc bildirib ki, qanun layihəsi müzakirələrdə daha da təkmilləşəcək və gələcəyimiz olan uşaqların hüquqlarının təminatında mühüm rol oynayacaq.


Yeni layihə, 20 ildən artıq müddətdə qüvvədə olan “Uşaq hüquqları haqqında” qanuna əlavə və dəyişikliklər təqdim edir, uşaqların sosial, psixoloji və hüquqi müdafiəsini daha geniş və beynəlxalq standartlara uyğun şəkildə təmin etməyi hədəfləyir.

Gülnar Nazimqızı 

Seçilən
42
anews.az

1Mənbələr