“ABŞ rəsmiləri Rodrigesdən İran, Çin və Rusiya kimi ölkələr kimi yaxın müttəfiqləri ilə münasibətləri kəsəcəyini, həmçinin həmin dövlətlərin diplomat və müşavirlərinin Venesueladan qovulacağını gözləyirlər. Lakin kəşfiyyat hesabatlarından Rodrigesin Venesuelada ABŞ-nin strategiyasını tam şəkildə dəstəkləyib-dəstəkləmədiyi aydın deyil”, – deyə agentlik yazır.
Materialda Vaşinqtonda adı açıqlanmayan administrasiya rəsmisinin şərhinə də istinad olunur. O, Trampın Venesuela hakimiyyətinə qarşı “maksimum təsir rıçaqlarından istifadəni davam etdirdiyini”və “bu əməkdaşlığın davam edəcəyini gözlədiyini”vurğulayıb.
![]() |
| Vaşinqton:“Məcburetmə variantımız da var” |
Qeyd edək ki, mənbələrə istinad edən “Reuters” agentliyi bundan əvvəl Vaşinqtonun Venesuelanın neft sənayesinə qarşı tətbiq etdiyi bəzi sanksiyaları dayandırmaq niyyətində olduğunu yazmışdı.
“Tramp administrasiyası Venesuelanın neft sənayesinə tətbiq olunan bəzi sanksiyalardan imtina etmək üçün ümumi lisenziyanın verilməsi üzərində işləyir. Beləliklə, Vaşinqton Venesuelada fəaliyyət göstərmək istəyən şirkətlərlə bağlı sanksiya rejimindən istisnaların tətbiqi üzrə əvvəlki planından imtina edəcək”, – deyə xəbərdə vurğulanır.
2018-ci ildə Vaşinqtonun sanksiyalar tətbiq etməsindən əvvəl Venesuela neftinin böyük hissəsini ABŞ, Hindistan və Latın Amerikası ölkələrinə ixrac edirdi.
Xatırladaq ki, “Bloomberg” agentliyi, öz növbəsində, yazıb ki, ABŞ dövlət katibi Marko Rubio Tramp administrasiyasının Venesuela prezidenti Delsi Rodrigesin Vaşinqtonla əməkdaşlığa məcbur edilməsi üçün güc tətbiqi variantını da istisna etmədiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az
