AZ

Yeni dəmir yolu dayanacaqlarının tikiləcəyi yerlər məlum oldu - XƏRİTƏ

Xəbər verdiyimiz kimi, Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsini genişləndirilir. 

Day.Az xəbər verir ki, 2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək.

Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək:

Yeni Suraxanı-Hövsan (4 stansiya)

Bakıxanov-Binə-Qala (7 stansiya)

Zabrat-Maştağa-Bağlar (7 stansiya)

Onu da qeyd edək ki, Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir. Həmçinin Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır. Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq.

Artıq stansiyaların hansı ərazilərdə tikiləcəyi ilə bağlı xəritə də yayılıb. 

Həmin xəritəni təqdim edirik:

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
84
8
day.az

10Mənbələr