AZ

Böyük Britaniyanın Baş naziri Starmer Çinə səfərinə başlayıb



Böyük Britaniyanın Baş naziri Keir Starmer Çinə səfəri ABŞ prezidenti Donald Trampın qlobal miqyasda tarif siyasəti və revizionist tələbləri ilə Qərb müttəfiqlərini uzaqlaşdırdığı bir vaxtda baş verir.
Sinxua agentliyinin məlumatına görə, Baş nazir Starmer bu gün üç günlük səfərlə Pekinə gəlib. Britaniya liderini hava limanında Çinin maliyyə naziri Lan Foan qarşılayıb.
Starmer səkkiz il ərzində Çinə səfər edən ilk Britaniya Baş naziri oldu. Sonuncu səfər sabiq Baş nazir Tereza Meyin 2018-ci ildə baş tutmuşdu.

Səfər zamanı Starmer Çin Prezidenti Si Cinpin, Baş nazir Li Qianq və Ümumxalq Xalq Nümayəndələri Konqresinin sədri Cao Liji ilə görüşəcək. O, Pekindən əlavə Şanxayda da danışıqlar aparacaq.

Starmerin səfəri diqqətəlayiqdir, çünki bu, ABŞ Prezidenti Trampın Avropanı Rusiya-Ukrayna münaqişəsindən kənarda saxlaması mövqeyinin, Qrenlandiyanın ilhaq edilməsi və Kanadanın birləşdirilməsi kimi revizionist tələblərinin Qərb ittifaqını sarsıtdığı bir vaxta təsadüf edir.

Böyük Britaniya Baş naziri son illərdə gərginləşən iki ölkə arasında münasibətləri normallaşdırmağı, iqtisadi əlaqələri gücləndirməyi və dəyişən şəraitə uyğun olaraq siyasi münasibətləri yenidən qiymətləndirməyi hədəfləyir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
19
2
aia.az

3Mənbələr