AZ

“Qarabağ” üçün TARİXİ FÜRSƏT – Rəqibdə aləm biri-birinə dəydi

“Qarabağ” bu gün Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Ağdam klubu 8-ci turda səfərdə “Liverpul”la qarşılaşacaq. Görüş saat 00:00-da başlayacaq.

“Liverpul”da vəziyyət ürəyaçan deyil. Komanda ciddi itkilərlə oyuna çıxacaq. Komandamız üçün inanılmaz fürsət yaranıb.

Qurban Qurbanovun yetirmələri güclü rəqibindən çətin səfərdə xal ala bilsə, tarixində ilk dəfə pley-offa vəsiqə qazanmış olacaq. Amma Azərbaycan çempionu məğlub olacağı halda da istəyinə çata bilər. Bunun üçün digər oyunların nəticəsi böyük əhəmiyyət daşıyacaq.

Azərbaycan çempionu 10 xalla 18-cidir. “Liverpul” isə 15 xalla 4-cüdür.

UEFA Çempionlar Liqası, 8-ci tur28 yanvar00:00. “Liverpul” – “Qarabağ”Baş hakim: İvan Krujlyak (Slovakiya).Liverpul. “Enfild Roud” stadionu.

Seçilən
16
1
millitv.net

4Mənbələr