Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X"dəki hesabında UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyunu ilə bağlı yazıb.
"Liverpul" - "Qarabağ" oyunu üçün çox həyəcanlıyam! Bu gün "Qarabağ" Çempionlar Liqasında həlledici gündür. Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.
"Liverpul" azarkeşləri, əlbəttə ki, gur olacaq, amma mən qonaqlar üçün daha da uca səslə dəstək olacam", - səfir qeyd edib.
⚽️ @LFC - @FKQarabagh oyunu üçün çox həyəcanlıyam!
— FergusAuldFCDO (@FergusAuldFCDO) January 28, 2026
Bu gün @FKQarabagh üçün @ChampionsLeague-də həlledici gündür. 🇦🇿 futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir 👏@LFC azarkeşləri, əlbəttə ki, gur olacaq, amma mən qonaqlar üçün daha da uca səslə dəstək olacam 🙌 pic.twitter.com/eEcyqvwIoi