AZ

Ya PSJ, ya da “Nyukasl” – yanvarın 30-u, saat 3-də...

Çempionlar Liqasında liqa mərhələsini 22-ci yerdə bitirən “Qarabağ”ın pley-offda hansı komanda ilə qarşılaşacağı bəlli deyil. Bəlli olan isə budu ki, Bakıya ya PSJ gələcək, ya da “Nyukasl”. ÇL-in reqlamentinə görə liqa mərhələsini 21-22-ci yerdə bitirənlər püşkdə 11-12-ci bitirənlərlə qarşılaşmalıdı. 11-ci yeri PSJ, 12-ci yeri “Monako” tutdu. Püşkdə “səpələnməmişlər” sırasında yer alacaq “Qarabağ” ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirəcək. Püşkatma mərasimi yanvarın 30-u, saat 15.00-da başlayacaq.
Pley-off mərhələsinin oyunları fevralın 17-18-si və 24-25-də keçiriləcək.

Seçilən
33
1
football-plus.az

2Mənbələr