AZ

Minneapolisdə atışmada iştirak edən sərhədçilər xidmətdən kənarlaşdırılıb

Bakı. Trend:

Minneapolis şəhərində qanunsuz miqrantlara qarşı keçirilənreyddə və bir şəxsin ölümü ilə nəticələnən atışmada iştirak edənABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları müvəqqətiolaraq xidmətdən kənarlaşdırılıblar.

Trend xəbər verir ki, ABŞDaxili Təhlükəsizlik Nazirliyinin köməkçisi Trişa Maklaflininbildirdiyinə görə, bu qərar inzibati məzuniyyətə göndərilmiş ikiəməkdaşa şamil olunub. Onların kimlikləri açıqlanmır. Çərşənbəaxşamı Ağ Evin Aparat rəhbərinin müavini Stiven Miller sərhədxidmətinin əməkdaşlarının hadisə zamanı protokolu pozduğunudüşünür.

Xatırladaq ki, yanvarın 7-də Minneapolisdə bir ICE əməkdaşı 37yaşlı yerli sakin Renée Nicole Good-u güllələyərək öldürüb. Buhadisə yalnız Minneapolisdə deyil, bütün ABŞ-da immiqrasiyaxidmətlərinə qarşı genişmiqyaslı etirazlara səbəb olub.

Bundan başqa, yanvarın 24-də federal sərhədçilər Minneapolisdəkeçirilən etiraz zamanı tibb bacısı Aleks Pretti-ni güllələyərəköldürüblər ki, bu da ölkə miqyasında tənqid və narazılıqyaratmışdır.

Seçilən
50
az.trend.az

1Mənbələr