AZ

İran hər hansı aqressiyaya dərhal və qəti cavab verməyə hazırdır

Tehran ABŞ-ın hərbi mövqelərini gücləndirməsinə qarşı qətiyyətli mövqe sərgiləyir…

Poliqon xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi ölkənin ordusunun hər hansı aqressiyaya, torpaq, hava və ya dəniz sahəsində dərhal və qəti cavab verməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, ötən il İsrail ilə yaşanan 12 günlük müharibədən əldə edilən təcrübə Tehran üçün gələcək təhlükələrə daha effektiv reaksiya imkanları yaradır.

“Cəsur Silahlı Qüvvələrimiz, barmaqlarımız tetikdədir. əziz torpağımıza, hava məkanımıza və dənizə qarşı istənilən aqressiyaya dərhal və qəti cavab verməyə hazırdır. 12 günlük müharibədən öyrəndiyimiz qiymətli dərslər bizə daha güclü, sürətli və effektiv cavab verməyə imkan verir”, deyə Arakçi sosial şəbəkədə yazıb.

İran XİN rəhbəri əlavə edib ki, İran hər zaman “qarşılıqlı faydalı, ədalətli və bərabərhüquqlu” nüvə sazişini dəstəkləyib. Arakçi vurğulayıb ki, “təzyiq, hədələmə və ya qorxutma olmadan, bərabər şərtlərlə həyata keçirilən saziş İranın sülh məqsədli nüvə texnologiyalarına haqqını təmin edir və nüvə silahının olmamasını qoruyur. Belə silahlar təhlükəsizlik planlarımızda yer tutmur və biz onları əldə etməyə heç vaxt can atmamışıq”.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr