AZ

Şəmşad Ağaya anasının dəfnində iştirak icazəsi verildi

“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya anasının dəfn və yas mərasimində iştirak etmək üçün icazə verilib.

News365.az xəbər verir ki, bununla bağlı vəkil Fəxrəddin Mehdiyevin vəsatəti məhkəmə tərəfindən təmin edilib.

Qeyd edək ki, Ş. Ağanın anası ötən gün parkinson xəstəliyindən vəfat edib.

Ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.

Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.

Seçilən
10
3
news365.az

10Mənbələr