AZ

Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Abşeron rayonu ərazisində, Bakı-Şamaxı şosesinin Hökməlidən keçən hissəsində iki sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması təhlükəli vəziyyətə səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.

View this post on Instagram

Görüntülərdə Hökməli dairəsi yaxınlığında 90-YH-208 və 90-YD-792 dövlət nömrə nişanlı "Chevrolet Cobalt" markalı avtomobillərin bir-biri ilə yarışdığı əks olunub. Sürücülərin yüksək sürətlə və təhlükəli manevrlərlə hərəkət etməsi öz həyatlarını ciddi təhlükə altına qoymaqla yanaşı, yolda olan digər hərəkət iştirakçıları üçün də ciddi risk yaradıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
oxu.az

1Mənbələr